Yeni Papanın kimliyi məlum oldu-YENİLƏNİB

21:22 08.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.

Hafta.az xəbər verir ki, katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı Leo XIV olacaq.

Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.

Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.

***

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

Hafta.az xəbər verir ki, 133 kardinalın iştirakı ilə Sikstin Kapellasında baş tutan gizli səsvermə ilə Yeni Roma Papası seçilib və binanın damında quraşdırılan bacadan ağ tüstü çıxıb.

Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.